S.A. Ltd yaradılan gündən bazara yeni xidmət gətirmiş və dərhal öz yerini tutmuşdur.
Əsas məqsəd hüquqi şəxslərin nəqliyyat vasitəsilə daşınmaları standartlarına cavab verən, yəni sənəd və hüquq bazasını (rəsmi çeklər, bank köçürülmələri, kontraktlar) təmin edən taksi xidmətlərinin formalaşması olmuşdur. Eyni zamanda sürücülü avtomobil xidmətinin təminatı da daxil edilmişdir.
Şirkət Bakının işguzarlıq dünyası həyatında məşhurluq tapdı.Bura həm xarici şirkətlər, həm də yerli şirkətlər daxil oldu. Şirkət inkişaf dərəcəsinə görə məntiqi marketinq zənciri qurmuş və özü haqqında xüsusi müştəri auditoriyasına əhatəli məlumat çatdırmışdır. Eyni zamanda layihənin texniki tərəfi də inkişaf etmişdir, bu da xidmətin və əmtəə nişanın mükəmməlləşdirilməsinə yönəldilmişdir.
S.A. Ltd şirkəti fəaliyyət dövrü ərzində öz xidmət sahələrini genişləndirmişdir. Hal- hazırda şirkət sərnişin daşıması sahəsini tam əhatələmişdir. Buraya taksi xidməti, hava limanına transfer, müxtəlif avtomaşınların icarəsi ( sedan tipli maşınlar, ciplər, mikro- avtobuslar, avtobuslar və VİP klass maşınlar ) daxildir. Sürücüsüz avtomobillərin icarəsində maşınları hətta rənginə görə seçə bilərsiz. Fiziki şəxslərin və VİP kliyentlərin ödəmələrinin plastik kartlarla edilməsi mümkündür. «Sərxoş taksi» xidmətinə görə avtomobilin və sahibinin mənzil başına çatdırılması daxildir.
Texniki sahədə təminat və Beynəlxalq Standartlara uyğun olan yüksək keyfiyyətli xidmət Sizin təhlükəsizliyinizə və komfortunuza zəmanət verir.
Qazanılmış nailiyyətlərlə kifayətlənməyərək, biz şirkətimizi daha da inkişaf etdirməyi özümüzə məqsəd qoymuşuq. Həmçinin xidmətin keyfiyyətini artırmaq, xidmət sahələrini genişləndirmək, bazara yeniliklər gətirmək - demək olar ki, burada bizim payımız çoxdur...
S.A. Ltd Azərbaycanda ən yüksək taksi xidmətlərini göstərən şirkətdir. Bizim sürücülər 3 dildə - Azərbaycan, İngilis və Rus - danışır. BP-nin təhlükəsizlik sertifikatlarına malikdirlər.
Hər bir maşın kondisioner, təhlükəsizlik kəmərləri, tibb qutusu və yanğınsöndürən balonla təchiz olunmuşdur.
Sərnişinlər MBask sığorta şirkətində sığortalanmışlar.





